Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionla bağlı aşağıdakı qərarlar çıxarılıb:

13-cü turun “Kəpəz” – “Qaradağ Lökbatan” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. Oyundan öncə “Qaradağ Lökbatan”ın nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub.

13-cü turun “Turan Tovuz” – “Sumqayıt-2” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. Matç bitdikdən sonra “Turan Tovuz”un futbolçusu Nurlan Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 320 manat cərimələnib.

14-cü turun MOİK – “Kəpəz” oyununda “Kəpəz”in futbolçusu Hikmət Vediyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

14-cü turun “Neftçi-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

18-ci turun “Kəpəz” – “Keşlə-2” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 80 manat cərimə olunublar.

18-ci turun “Turan Tovuz” – “Zaqatala” oyununda təcili yardım maşını stadiona gələrkən gecikdiyi üçün meydan sahibi klub 160 manat cərimələnib. “Zaqatala”nın ehtiyat oyunçuları texniki zonada sosial məsafə qaydalarını pozduğu üçün klub 80 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp