Azərbaycan millisinin kapitanı Maksim Medvedev DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“Oyun barədə çox danışmaq alınmayacaq. Çünki görüşü analiz etmək lazımdır. Çoxlu səhvlər buraxdıq və nəticədə rəqib 2 qol vurdu. Serbiyalı futbolçular topla rahat davranır, hücumlar qururdular. Bizdə isə alınmırdı. Onları yaxşı bağlamağa çalışırdıq. Amma səviyyə fərqi hiss olunurdu. Çox tez oynayırdılar, biz isə yorulurduq. Hardasa çatdırmırdıq, nəticədə qapımızda qol görürdük. Baş məşqçi ilə oyunu analiz etməliyik. Bütün rəqiblərimiz analoji futbolu sərgiləyir, yenə qol vura bilərlər. Oyun barədə baş məşqçi ilə söhbətimiz olacaq. Canni De Byazi hər bir futbolçuya özəl tapşırıqlar verir. O, futbolçularla danışanda səhvlərini deyəcək”. (Report)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp