Azərbaycan yığmasının və “Sabah”ın hücumçusu Ramil Şeydayevin futbolinfo.az saytına müsahibəsi
- Millinin Portuqaliya və Serbiyaya qarşı uduzmasından çox oynadığı oyun narazılıq yaratdı. Razılaşırsan ki, komanda hər iki matçda minimal hesabla uduzsa da, zəif çıxış etdi?
- Fikrimcə, epizodlarımız oldu hər iki oyunda. Sadəcə fərqlənə bilmədik, qol vura bilmədik. Belə rəqiblərə qarşı müdafiədə çıxış etməyimiz normal idi. Amma indiki vəziyyətdə komandanın 0 xalı var və bu yaxşı deyil.
- Hər kəs komandanın nəticədən çox komandanı aciz oyuna görə qınayır. Bununla razılaşırsan? Komanda heç də yaxşı çıxış etmədi…
- Komanda hər oyunda mübarizə aparır. İradəmizin zəif olduğunu demək doğru deyil. Amma daha yaxşı oynamağa çalışmalıyıq. Yaxşı oyun göstərmək üçün məşq etməliyik.
- Komandanın taktikası və oynadığı futbol gələcək üçün ümid yaratmadı. Sən bu mövzuda necə düşünürsən?
- Düşünürəm ki, ümid hər zaman var. Biz daha da irəliləyəcəyik.
- De Byazinin uğurlu olacağını düşünürsən?
- Komanda gənc heyətə malikdir. Çalışıb daha yaxşı oyunlar və nəticələr ortaya qoya bilərik.
- Hər iki matçda sonradna meydana daxil oldun. Gələcəkdə daha çox meydana çıxacaqsan?
- Həqiqətən komandaya mümkün qədər kömək etmək istəyirəm, amma klubda problemlər yaşadım və buna görə çox şans qazana bilmədim. Ümid edirəm ki, gələcəkdə daha çox meydanda olacam və millinin şərəfini qoruyacam.
- Bir neçə sual da “Sabah”la bağlı verim. Komandanın hazırki durumu barədə nə deyə biləırsən?
- Komanda “Qəbələ” ilə oyuna hazırlaşır, yaxşı əhval-ruhiyyə var və bu oyunda mümkün qədər inamlı qələbə qazanmaq niyyətindəyik.
- Komandadan ayrılan Visente Qomes həm nəticə baxımından uğursuz oldu, həm də sənə şans vermirdi. Onun gedişinə sevindin?
- Komanda nəyisə dəyişdirməli idi, lakin pis nəticə göstərdik və düşünürəm ki, onun gedişi qaçılmaz idi.
- Əvəzedici komandanın heyətində qırmızı vərəqə almışdın və o an çox müzakirə olundu. Həmin aqressiya aylardır meydana çox az çıxan Ramil Şeydayevin etdiyi etiraz olduğunu deyə bilərik?
- Təsadüfi oldu.
CAVAD