“Buraxdığımız ilk qola qədər yaxşı oynadıq. Bundan sonra isə oyundan düşdük”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Stefan Vukçeviç deyib.

O, Premyer Liqanın 24-cü turunda “Qarabağ”a 0:5 hesablı məğlubiyyəti şərh edib: “Hesab 0:2 olduqdan sonra artıq tamamilə qopduq. Konsentrasiyamız düşdü və belə olmamalıdır. Çünki bu halda “Qarabağ” kimi komandalar hər fürsətdən istifadə edir. Düşünürəm ki, 0:5 hesabı ilə uduzmağa layiq deyildi. Futboldur, belə hallar olur. Lakin daha çox diqqət yetirməliyik. “Qəbələ” daha yaxşı nəticələri haqq edir”.

Monteneqrolu futbolçu komandanın yaxşı oyun göstərsə də, uğurlu nəticələrinin olmamasına da münasibət bildirib: “Əvvəlki oyunlarda bəxtimiz gətirmədi. Elə matçlar var ki, çox yaxşı çıxış etdik, lakin ani səhvlərdən qollar buraxıb uduzduq. Mümkün olan ən yaxşı nəticə əldə etməliyik. Qarşıda 4 oyunumuz var və vəziyyəti daha yaxşı yerlərə gətirməliyik”.

Vukçeviç klubdakı gələcəyindən də söz açıb: “Mən gəlincə, hələ bilmirəm ki, mövsümün sonunda necə olacaq. “Qəbələ” gözəl klubdur, burada xoşbəxtəm. Bakı kimi möhtəşəm şəhər var. Azərbaycanda ecazkar insanlarla tanış oldum. Gələcək haqqında çox düşünmürəm. Yalnız bu gün klubun üzvüyəm. Maksimum gücümü meydanda qoyacağam. Sonra görəcəyik ki, burda etdiklərim məni hara aparır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp