“Sumqayıt”la “Çukariçki” arasında Konfrans Liqasının cavab matçı üçün satışa çıxarılan 550 bilet 3 saat ərzində tükənib.

Futbolinfo.az xəbər verir ki, pandemiya tələbləri üzündən Sumqayıt stadionunun tutumunun yarısı qədər bilet satışına icazə verilmişdi.

Azarkeşlər 2 manat dəyərində olan biletlərin hamısını bir gün ərzində alıb.

Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun qolsuz bitib – 0:0. Cavab matçı iyulun 29-da Sumqayıtda baş tutacaq.

Shares: