“Qarabağ”ın yeni transferi Bəhlul Mustafazadə keçmiş klubu “Sabah”a vida edib. 24 yaşlı müdafiəçi “İnstagram”dakı hesabında etdiyi paylaşımda daha əvvəl çıxış etdiyi paytaxt təmsilçisinə təşəkkürünü bildirib:

“2 il öncə “Sabah”a transfer olunanda karyeramda irəli doğru addım atdığıma əmin idim. “Sabah”da olduğum müddətdə əsas milliyə dəvət aldım, millidə debüt etdim, klubda kapitanlıq sarğısını daşımaq şərəfinə nail oldum. Əlbəttə, müsbət olduğu kimi kədərli məqamlar da oldu. Hansı ki, futbolda bu cür məqamlarla qarşılaşmağımız qaçınılmaz olub. İndi geriyə boylananda, sadəcə, onu deyə bilərəm ki, “Sabah”da əvəzsiz təcrübə və çox yaxşı dostlar qazandım. Hər şeyə görə təşəkkürlər, “Sabah”!

Xatırladaq ki, Mustafazadə “Qarabağ”la 3 illik müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp