“İnter” Lautaro Martinezi ucuz qiymətə satmayacaq. Bir çox klublar argentinalı hücumçunu heyətində görmək istəsə də, milanlılar onu düşərgədə saxlamaq niyyətindədi.

Xüsusilə İspaniya “Atletiko”sunun israrı fayda verməyib. Bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb. Milan təmsilçisi “Atletiko”nun 23 yaşlı hücumçu üçün göndərdiyi transfer təklifini də rədd edib. Madrid klubu Lautaroya görə qarşı tərəfə 40 milyon avro + 10 milyon avro bonus ödəməyə hazır olduğunu bildirib. Lakin “İnter” bunu qəbul etməyib. Klub oyunçu üçün 80-90 milyon avro tələb edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp