“Beşiktaş” transfer bombasını partlatmağa hazırlaşır. Belə ki, Dieqo Kostanın İstanbul nəhənginə keçəcəyi ilə bağlı xəbərlər səngimir.

Bu dəfə tanınmış italiyalı insayder Nikolo Skira “Twitter” hesabında “qartallar”ın sözügedən oyunçuya mövsümlük 3 milyon avro əməkhaqqı və 2 illik anlaşma təklif eməyə hazır olduğunu yazıb. Türkiyə çempionu Kostaya 2 milyon avro əlavə bonus da ödəyəcək.

İspaniya millisinin braziliyalı hücumçusunun son iş yeri Madrid “Atletiko”su olub. O, bu ilin yanvarında “hindular”ın sıralarını tərk edib.

Shares: