Litva millisinin üzvü, “Səbail”in yeni transferi Domantas Şimkus sportal.az saytına müsahibə verib. Futbolinfo.az həmi müsahibəni təqdim edir.

– “Səbail”ə keçidin necə baş tutdu? Klub özü sənə təklif göndərdi?

– Komandanın baş məşqçisi mənə çox maraq və diqqət göstərdi. Əslində başqa təkliflərim də var udiidi. Amma mən “Səbail”i seçdim.

– Müqavilədən əvvəl necə, heç bu komanda haqda məlumatın var idi?

– Əlbəttə, məlumatım var idi. Çünki dostlarım arasında əvvəllər Azərbaycanda oynamışlar da olub. Hətta “Səbail”in formasını geyinmiş dostlarım da var. Təəssüratım isə ən yaxşı haldadı.

– Maraqlıdı, Azərbaycan çempionatı barədə düçüncələrin necədi?

– Azərbaycan çempionatının güclü olduğunu bilirəm. Avrokuboklarda oynayan az komandalarınız yoxdu.

– Yeni komandada məqsədin nədən ibarətdi? Bu komandaya “Qarabağ” və “Neftçi” kimi komandalara keçmək üçün trapmlin kimi baxırsan, yoxsa heç bu haqda düşünməmisən?

– Əslində, ilk məqsədim “Səbail”in əsas heyətinə düşməkdi. Həm də komandanın məqsədlərinə çatmasında kömək olmaq istəyirəm. Daha sonra necə gələcəyə baxarıq.

– Azərbaycan çempionatında oynayaraq Litva millisinə cəlb olunmağı bacaracaqsan?

– Klubumda yaxşı oynasam, əlbəttə ki, Litva millisinə dəvət almaq şansım olacaq.

– Azərbaycan çempionatında çıxış etmiş hansı litvalıları tanıyırsan?

– Azərbaycanda oynamış litvalı futbolçular az olmayıb. Bilirəm ki, Robertas Poşkus, Paulis Paknis, Mindauqas Kalonas, Edvinas Girdvaynis əvvəllər Azərbaycan çempionatında çıxış edib.

Shares: