UEFA Avropa Liqasının 3-cü mərhələsində “Neftçi”nin rəqibi olan Finlandiyanın HİK klubunun kapitanı Daniel OŞennessinin futbolinfo.az-a müsahibəsi

  • “Neftçi” ilə matç barədə düşüncələriniz necədir?
  • Hər iki matçın həddindən artıq ağır keçəcəyini gözləyirik. “Neftçi yüksək keyfiyyətlərə malik futbolçulardan qurulmuş komandadır. Güclü komandadır və bizi çətin oyun gözləyir.
  • Azərbaycan klubu haqqında hansı məlumata sahibsiz?
  • Biz hələ tam olaraq “Neftçi” ilə oyuna fokuslana bilməmişik. Onların “Olimpiakos”a qarşı keçirdiyi oyunu izlədik. Yüksək keyfiyyətə malik bir komanda gördük və adlı-sanlı rəqibə qarşı mübarizə apardıqlarını gördük.
  • Şansları necə dəyərləndirərsən?
  • Biz özümüzə inanırıq və düşünürük ki, “Neftçi”ni məğlub edəcəyik. Hədəfimiz Avropa Liqasında növbəti mərhələlərə yüksəlmək və bu liqada mümkün qədər çox irəli getməkdir.
  • “Malmö” ilə matçlarda yaxşı oynasanız da, mərhələ adlaya bilmədiniz. Bu psixoloji olaraq sizə təsir edə bilər?
  • Yox, düşünmürəm ki, belə olsun. Çünki biz başqa turnirdə, başqa rəqibə qarşı oynayacağıq və bu tamamilə yenidir. İndi tək hədəfimiz “Neftçi”ni məğlub etməkdir. Növbəti mərhələyə yüksələrək hər şeyi yoluna qoya bilərik.
  • “Olimpiakos”un uduzub sizə rəqib olmadığına görə sevinirsiz?
  • Mən düşünmürəm ki, “Neftçi” daha asan rəqibdir. Biz onları da məğlub etmək üçün var gücümüzlə oynamalı, bütün gücümüzü meydanda qoymalıyıq.
  • İlk oyun Bakıda olacaq və burada isti hava şəraiti var…
  • Mənim üçün ilk oyunun harda olması önəmli deyil. Evdə və ya səfərdə çıxış edirsən, eyni şeydir. İstənilən halda biz bu iki matçı oynamalıyıq. Sadəcə iki matçdan sonra bu cütdən qalib ayrılmalıyıq. Böyük 2 oyun bizi gözləyir. Mən komandama inanıram.

    AĞA
Shares: