İsveçrənin “Bazel” klubunun sahibi David Degen Konfrans Liqasının qrup mərhələsindəki rəqibləriylə bağlı fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan İsveçrə klubunun rəhbəri, rəqiblərin uyğun olduğunu deyib:

“Bazel” hər zaman beynəlxalq arenada olmalıdır. Uzun səfərlərdən məmnun deyiləm. Amma rəqiblərimizdən razıyam. Onlar bizə çətinlik yaratmamalıdırlar”.

“Bazel” Konfrans Liqasının H qrupunda “Qarabağ”, “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə mübarizə aparacaq.

Shares: