İspaniyanın “Real” klubunun futbolçusu Eden Hazard karyerasını İtaliyada davam etdirə bilər.

Futbolinfo.az xəbər verir ki, “Yuventus” belçikalı yarımmüdafiəçiylə yaxından maraqlanır.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Turin təmsilçisi qışda Hazardı satınalma hüququyla birlikdə icarəyə götürmək istəyir.

Hazard bu mövsüm “Real”la 8 oyuna çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp