Futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsində 2-ci turun statistik göstəriciləri açıqlanıb.

Futbolinfo.az qurumun saytına istinadən xəbər verir ki, “Qarabağ” klubundan Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular sırasında yer alıb.

Kolumbiyalı müdafiəçi Kiprdə “Omoniya”ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə 86 dəfə dəqiq ötürmə verib. O, bu göstəricidə İngiltərə “Tottenhem”indən Kristian Romero ilə birlikdə 4-5-ci yerləri bölüşür.

Siayhının ilk pilləsində isə Danimarkanın “Kopenhagen” klubundan Nikolay Boylesen yer alıb. O, Cəbəllütariqin “Linkoln” komandasıyla oyunda (3:1) 106 dəfə dəqiq ötürmə verib.

“Qarabağ” Konfrans Liqasının 3-cü turunda Bakıda Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp