“Qarabağ”ın monteneqrolu futbolçusu Marko Veşoviçin futbolinfo.az saytına müsahibəsi

  • “Qarabağ” “Keşlə” ilə matçda çox rahat oynadı və bütün oyunu tam üstünlüklə keçirdi. Düşünürsən, bu temp artıq çempionluğa aparır?
  • Ola bilsin ki, kənardan oyun asan görünür. Meydanda olan bizik, mən meydanda idim və çətin matç oldu. Önəmli olan odur ki, biz oyunboyu diqqətli idik, motivasiya yüksək idi, fokuslanmışdıq oyuna. Topu itirən kimi pressinq edib ələ keçirirdik, çoxlu qol vəziyyətləri yaratdıq. Bir qol vursaq da, bu qədər qol epizodu yaratmaq özü də böyük bir şeydir. Kollektiv oyun var idi. Düşünürəm ki, belə məsuliyyətli oyunla bizi çempionluğa apara bilər.
  • “Neftçi” ardıcıl 3 oyundur ki, uduzur. Bu müəyyən mənada sizdə rahatlıq yarada bilər?
  • Bilirəm ki, “Neftçi” ardıcıl 3 oyundur məğlub olur. Rəqiblərin necə oynamasından asılı olmayaraq biz yalnız öz matçımızı düşünürük. Nə qədər monoton səslənsə də, yalnız öz çıxışımız barədə düşünürük.
  • Artıq qarşıda “Omoniya” ilə vacib görüş var. Səfərdə 4:1 hesablı qələbə azarkeşlərdə belə fikir yaradıb ki, “Qarabağ” bu oyunda 100 faiz qalib gələcək…
  • “Omoniya” yaxşı rəqibdir. Onların yaxşı futbolçuları, yaxşı məşqçiləri var. Gəlin, onları kiçiltməyək. Kiminsə rəqibi aşağı görməsi yaxşı deyil. Ola bilər ki, səfərdə böyükhesablı qələbə bu cür düşünməyə əsas verir. Həmin matçda da çətinlik çəkdik. Onlar ilk qolu vurdu və çətin duruma düşdük. Lakin ikinci hissə öz oyunumuzu tapdıq və əlimizə düşən qol fürsətlərindən yararlandıq. Bizi çətin matç gözləyir.
  • Qrup liderliyi üçün sizi çox vacib qarşılaşma gözləyir. 1/8 final
    mərhələsinə birbaşa getmək üçün “Omoniya” və “Bazel”lə oyunlarda müsbət nəticə vacibdir. Digər tərəfdən də komanda ağır qrafikdə oynayır. Səncə, liderliyi bu ağır qrafikə baxmayaraq təmin edə biləcəksiz?
  • Bunu düz deyirsiz ki, biz çətin qrafikdə oynayırıq. Hər milli komandaların oyunu zamanı bir xeyli oyunçu yığmalara gedir. Demək olar ki, komandanın yarısı millilərin düşərgəsinə yollanır. Həqiqətən bu ağır qrafikdir. Sonradan çempionat və avrokubok oyunları olur. Buna baxmayaraq belə qrafikə öyrəşmişik. Burada peşəkarlar toplanıb. Liderlik üçün sona qədər mübarizə aparacağıq. Göstərdiyimiz oyunla liderliyə layiq olduğumuzu göstərmişik.
  • “Qarabağ” Azərbaycan futbolu üçün tarix yazmağa davam edir. Ölkəmizdə olduğun vaxtda Azərbaycan futbolunda “Qarabağ” xüsusi simpatiyanı hiss etmisiz? Çünki burada hər kəs düşünür ki, “Qarabağ” Azərbaycan futbolunun yükünü çiyinlərində daşıyır…
  • Azərbaycan “Qarabağ” ən çox sevilən klubdur və bunu görürürük. Bu sevgi birdən-birə yaranmayıb. İllərdir ki, komandanın uğurlu çıxışı, avrobkuboklarda stabil oyunu buna zəmin yaradıb. Həm azarkeşlərə parlaq qələbə sevinci yaşadır, həm Azərbaycanın reytinqinə xallar gətirir. Bunlar kiçik məsələlər deyil. İllər ərzində qazanılan qələbələr azarkeş sevgisinin artmasına səbəb olur. Xüsusi münasibəti hiss edirik. Bir çox klublarda oynamışam, amma “Qarabağ”la azarkeşlər arasındakı münasibət başqa cürdür, spesifik münasibətdir. Bunu mütləq qeyd etməliyəm. Oynadığım klublardan fərqlənir. “Qarabağ” özəl, xüsusi bir komandadır. Ümid edirəm ki, gələn yay “Neftçi” də, “Zirə” də Azərbaycanı layiqli təmsil edəcəklər. Bir şeyi də xüsusi vurğulamalıyam ki, avrokbuoklarda oynayanda digər komandaların azarkeşləri də gəlib bizi dəstəkləyirlər, ölkə adına “Qarabağ” azarkeşi olurlar. Bu xüsusi məqamdır.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp