AFFA rəhbərliyi qurumun nəzdində olan ərazilərdən şəxsi bizneslərini böyütmək üçün istifadə edirmiş. Belə bir fakt aşkarlanıb və lazımi tədbir görülüb.

AFFA İcraiyyə Komitəsinin dünən açıqlanan qəraları içərisində biri diqqətimizi çəkdi. Belə ki, qurumun saytında sadalanan qərarlar arasında 5-ci bəndə diqqət edək: “Dalğa Arena”nın yaxınlığında yerləşən, müvafiq infrastruktura daxil olmayan AFFA-ya məxsus torpaq sahəsi satışa çıxarılsın”.

Xatırladaq ki, Mərdəkanda, dəniz qırağında yerləşən bu ərazi əyləncə-istirahət məkanı kimi istifadə olunur. AFFA-nın pul ödəmədən aldığı, dövlətin futbol infrastrukturunun inkişaf etdirilməsi üçün nəzərdə tutulan torpaq sahəsində AFFA prezidenti Rövnəq Abdullayevin biznes obyekti tikilmişdi. O, futbol qurumunun nəzdində olan ərazini təyinatından kənar məqsədlə istifadə edirdi.

Bu durum nəhayət, kimlərinsə diqqətini çəkib və futbola xidmət etmədiyindən torpaq sahəsinin AFFA-nın əlindən geri alınması lazım bilinib. Ona görə də “proses”i rəsmiləşdirmək üçün İcraiyyə Komitəsində qərar qəbul edilib. Əslində, satışa çıxarılsa da, həmin ərazi üçün AFFA-ya ya simvolik məbləğ ödənəcək, ya da heç nə ödənməyəcək, illərdi ərazidən başqa məqsədlə istifadə edənlər işi “cibdən cibə” prinsipi ilə yoluna qoyacaq.

Bu insanlar futboldan buna görə beşəlli yapışıb. “Dalğa Arena” yaxınlığındakı torpaq sahəsi şoxsaylı oxşar hadisələrdən yalnız biridi. Yavaş-yavaş həqiqətlər üzə çıxır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp