Futbol üzrə Türkiyə kubokunda 5-ci təsnifat mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi “Bursaspor”un da rəqibi bəlli olub.

1-ci liqa təmsilçisi bu mərhələdə Super Liqada mübarizə aparan “Qaziantep”lə qarşılaşacaq.

Son çempion “Beşiktaş” “Altay”la qarşılaşacaq. “Qalatasaray” “Dənizlispor”la, “Fənərbaxça” “Afyonspor”la, “Trabzonspor” isə “Boluspor”la üz-üzə gələcək.

Türkiyə kuboku
5-ci təsnifat mərhələsi
28-29-30 dekabr

Fənərbaxça – Afyonspor
Beşiktaş – Altay
Qalatasaray – Dənizlispor
Trabzonspor – Boluspor
Kasımpaşa – Kocaelispor
Alanyaspor – Mardin 1969 Spor
Göztəpə – Samsunspor
Yeni Malatyaspor – Bandırmaspor
Hatayspor – Menemenspor
Adana Dəmirspor – Ankaraspor
Sivasspor – Ankaragücü
Kayserispor – Aksaray Bələdiyyəspor
Qaziantep – Bursaspor
Antalyaspor – Girəsunspor
Konyaspor – Ümraniyəspor

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp