Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Neftçi” azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub. “Səbail” klubu stadiona gec gəldiyi üçün 800 manat cərimə olunub.
“Sabah” – “Keşlə” oyununda “Keşlə”nin 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Sumqayıt” – “Zirə” oyununda “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.