İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu və baş məşqçisi məlum olub.

Futbolinfo.az turnirin saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu “Liverpul”dan Trent Aleksander-Arnold, baş məşqçi isə “Mançester Siti”dən Xosep Qvardiola seçilib.

Arnold “Liverpul”la ötən ay iştirak etdiyi 3 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib. Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” isə noyabrda keçirdiyi 3 oyunda da qələbə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp