Dünya futbolu
2022-ci ilin ən yaxşı məşqçisi açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin ən yaxşı baş məşqçisini açıqlayıb.
Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Argentina millisinin çalışdırıcısı Lionel Skaloni layiq görülüb.
45 yaşlı mütəxəssis 240 xalla digər həmkarlarını qabaqlayıb. İkinci yeri Fransa yığmasının baş məşqçisi Didye Deşam tutub. İlk “3-lüy”ü 30 xalla Mərakeş seçməsinin çalışdırıcısı Valid Reqraqi tamamlayıb.
Xatırladaq ki, Lionel Skaloni ötən il Argentina yığmasına dünya çempionluğunu qazandırıb.
- Lionel Skaloni (Argentina) – 240
- Didye Deşam (Fransa) – 45
- Valid Reqraqi (Mərakeş) – 30
- Zlatko Daliç (Xorvatiya) – 20
- Hajime Moriyasu (Yaponiya) – 15
- Lui Van Qal (Niderland) – 10
- Qreqq Berhalter (ABŞ) – 10
- Herve Renar (Səudiyyə Ərəbistanı) – 5
- Tite (Braziliya) – 5
- Paulo Bento (Cənubi Koreya) – 5
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?