Futbol üzrə Slovakiya çempionatında cari mövsümün qalibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, “Slovan” pley-off mərhələsinin 6-cı turunda “Rujomberok”la heç-heçə edərək xalını 67-yə yüksəldib.

Bununla da, Bratislava təmsilçisi ən yaxın izləyicisi “Rujomberok”la xal fərqini 14-ə yüksəldib. Komanda çempionatın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.

“Slovan” ardıcıl 4-cü, ümumilikdə isə 24-cü dəfə ölkə çempionu olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp