AFFA daha bir gülünc qərarla yadda qalıb. Qurumin “Kəpəz”i cəzalandırma səbəbi olduqca maraqlıdı.

Dünən AFFA İntizam Komitəsi gəncəliləri 160 manat cərimələyib. Səbəb komandanın I divizionun XXI turunun “Turan Tovuz”la görüşündə (2:3) başverənlərdi. Belə ki, “Kəpəz” azarkeşləri tərəfindən icazəsiz pankart açıldığına görə klub cərimələnib.

Həmin görüşdə azarkeşlər üzərində “Nəticələriniz gözümüzü YAŞARdır” sözləri yazılan pankart açmışdı. Fanatlar bununla baş məşqçi Yaşar Vahabzadənin rəhbərliyi altında komandanın hazırkı mövsümdə az xal toplamasına işarə vurulmuşdu. Çox maraqlı, kreativ pankart idi, hansısa siyasi təbliğat, təhqir, irqçi çağırış elementi yox idi. Belə şüarlar Premyer Liqanın hər matçında gözə dəyir, hətta “Səbail” azarkeşləri bu baxımdan hamıdan öndədi.

Gəncəlilərlə bağlı verilən qərarı AFFA-nın azarkeşlərə təzyiqi, xəbərdarlığı hesab etmək olar. Qurum illərdi işlədiyi hər yerdə uğursuz olan sevimli kadrı Yaşar Vahabzadəni qorumaq üçün bu üsula əl atıb. Assosiasiyada hesab edirlər ki, onların adamına etiraz etmək olmaz, bunu edən cəzalandırılacaq.

Lakin bu addım gəncəli fanatları daha da qəzəbləndirəcək. Gəncədəki növbəti matçda onlar mütləq bunun cavabını verəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp