Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli uzun müddətə sıradan çıxıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, futbolçu məşq zamanı dizində yaranmış ağrılarla əlaqədar Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçib. Məlum olub ki, paraqvaylı futbolçu əməliyyat olunmalıdır. Meza Kolli bu səbəbdən vətəninə yollanıb.

Shares: