Türkiyə Super Liqasında 13-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

Lider “Fənərbaxça” doğma meydanda “Sivasspor”a qalib gəlib. 6 qolun qeydə alındığı “Hatayspor” – “Başakşəhər” matçında isə qalib müəyyənləşməyib.

13 turdan sonra 29 xala malik “Fənərbaxça” vahid liderdir. “Başakşəhər”lə “Qalatasaray”ın 24, “Adana Dəmirspor”la “Kayserispor”un 23 xalı var. “Beşiktaş”la “Trabzonspor” isə 22 xal toplayıb.

Türkiyə Super Liqası
13-cü tur

4 noyabr

Kasımpaşa – Ankaragücü 1:1
Qol: Koyta, 58 – Xaçicovanis, 85.

Ümraniyəspor – Alanyaspor 3:1
Qol: U.Nayir, 21; 70. Geraldo, 38 – Eduardo, 56.

5 noyabr

Girəsunspor – İstanbulspor 3:2
Qol: A.Uludağ, 45+2. Kampuzano, 48. Mejia, 56 – Ethemi, 18. J.Topallı, 87.

Qalatasaray – Beşiktaş 2:1
Qol: İkardi, 18; 59 – C.Tosun, 28.

6 noyabr

Qaziantep – Kayserispor 1:2
Qol: F.Soyalp, 52 – O.Kemen, 41. R.Çivelek, 89.

Antalyaspor – Fatih Karagümrük 4:2
Qol: Rayt, 35. G.Vural, 41; 82. V.Sarı, 45+2 – Kolli, 4. Diaqne, 19.

Trabzonspor – Konyaspor 2:2
Qol: Bakasetas, 14-pen. Trezeqe, 27-pen – Diuf, 45+8; 54.

7 noyabr

Fənərbaxça – Sivasspor 1:0
Qol: Valensia, 55.

Hatayspor – Başakşəhər 3:3
Qol: B.Yıldırım, 12. El Kaabi, 75. Ze Luis, 81 – Traore, 60. Aleksiç, 60. S.Gürler, 90+1.

Shares: