İspaniya La Liqasında 13-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Lider və son çempion “Real” “Rayo Valyekano”nun qonağı olub və gözlənilməz məğlubiyyətə üzülüb. Bu, paytaxt klubunun cari mövsümdəki ilk məğlubiyyətidir.

13 turdan sonra “Barselona” 34 xalla vahid liderə çevrilib. İkinci pilləyə düşən “Real”ın 32, Madrid “Atletiko”su ilə “Betis”in isə 24 xalı var. 

İspaniya La Liqası
13-cü tur

4 noyabr

Jirona – Atletik 2:1
Qol: D.Lopes, 67. Martin, 75 – Quruseta, 78.

5 noyabr

Xetafe – Kadis 0:0

Valyadolid – Elçe 2:1
Qol: Sançes, 40. Mesa, 46 – Xosan, 63.

Selta – Osasuna 1:2
Qol: Aspas, 19 – Avila, 8; 28.

Barselona – Almeriya 2:0
Qol: Dembele, 48. De Yonq, 62.

6 noyabr

Atletiko – Espanyol 1:1
Qol: J.Feliks, 78 – Darder, 62.

Real Sosyedad – Valensiya 1:1
Qol: Gilyamon, 10-öz qapısına – Lino, 25.

Vilyarreal – Malyorka 0:2
Qol: Muriqi, 32. Ndiaye, 75.

Betis – Sevilya 1:1
Qol: Navas, 43-öz qapısına – Qudel, 82.

7 noyabr

Rayo Valyekano – Real 3:2
Qol: Komesana, 5. A.Qarsiya, 44. Trexo, 67-pen – Modriç, 37-pen. Militao, 41.

Shares: