“İki il də “Qarabağ”da qalacağım üçün şadam” – bunu futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın monteneqrolu müdafiəçisi Marko Veşoviç deyib.

O, ötən gün klula yeni ikiillik müqavilə imzalamasından danışıb: “Daha çox burada olacağım üçün sevinirəm. “Qarabağ”la yeni müqavilə bağlamaqla ilə əla başladım”.

Veşoviç başqa kluba keçəcəyi ilə bağlı gəzən söz-söhbətlərdən sonra Ağdam təmsilçisi ilə sözləşmə yeniləməsinin təəccüblü qarşılanmamalı olduğunu bildirib: “Heç nə baş vermədi. “Qarabağ”dakı insanlarla, hər kəslə əla münasibətim var. Buna görə də belə qərar verdim ki, Azərbaycan təmsilçisi ilə müqavilə bağlayıb. Çox xoş oldu”.

Monteneqrolu futbolçu ona gələn təkliflərin olduğunu gizlətməyib: “İndi gələn təkliflərlə bağlı çox danışmaq istəmirəm. Bəli, bir neçə klub məni istəyirdi. Amma burada qalmaq daha məqsədəuyğun oldu. İndi öz işimə daha yaxşı köklənməliyəm. Mövsümü yaxşı notlarla başa vurmaq lazımdır. Hədəflərimə çatmaq istəyirəm”.

Təcrübəli oyunçu komandasının Antalyada keçirilən toplanışından da danışıb: “Hər şey əla başladı. Hazırlaşırıq və bu dəqiqəyə qədər durum çox yaxşıdır”.

Veşoviç Kadi Borgesin komandadan ayrılmasına da münasibət bildirib: “Onun getməsi bizi üzdü. Çünki komanda üçün çox vacib futbolçu idi. Amma karyerasına görə sevinirəm və uğurlar arzulayıram”.

Marko ona təklif göndərən klubların adını çəkməkdən imtina etdi. O, bununla bağlı suala cavab vermədi.

Shares: