“Atalanta”nın futbolçusu Ruslan Malinovski üçün İtaliya karyerası başa çatır. O, bu gün Fransaya köçür.
Futbolinfo.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi tezliklə “Marsel”in futbolçusu olacaq. 10 milyon avroya reallaşan transferin yekununda 3 milyonluq bonuslar da reallaşa bilər. Bu, daha çox futbolçunun göstərəcəyi oyuna bağlıdır. Klublar keçidə razılaşıblar.
Fransaya yollanan futbolçu tibbi müayinədən keçdikdən və şəxsi anlaşmasının detallarını dəqiqləşdirdikdən sonra rəsmi müqavilə imzalanacaq.