Bu gün Misli Premyer Liqasında XXVII tura start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Artıq bu oyunlardan biri başa çatıb. Əvvəlcə lider “Qarabağ” səfərdə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Ağdam təmsilçisi səfərdə darmadağına imza atmaqla zirvədəki mövqeyini daha da möhkəmləndirib.

Bu gün baş tutacaq digər oyunda “Zirə” “Sabah”ı qəbul edəcək.

“Neftçi” – “Kəpəz” və “Səbail” – “Turan Tovuz” oyunları sabah, “Qəbələ” – “Şamaxı” qarşılaşması isə martın 17-də keçiriləcək.

Misli Premyer Liqası
XXVII tur

15 mart

“Sumqayıt” – “Qarabağ” 0:6
Qol: L.Andrade, 7; 49. M.Qurbanlı, 12; 45+3. A.Zubir, 21. S.Abdullazadə, 88-öz qapısına.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
“Kapital Bank Arena”, 18:00.

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 56. Ayxan Qocayev, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Kamran Əliyev
Baş məşqçi: Samir Abasov.
Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp