İnyiqo Martines “Barselona”ya keçməyə yaxındır. İspaniya nəhəngi 31 yaşlı müdafiəçi ilə şəxsi müqaviləsinin bütün detallarını razılaşdırıb.

Futbolinfo.az İspaniya mətbuatına istinadla xəbər verir ki, “Atletik”in üzvü yayda klubunu dəyişəcək. Bilbaoluların bu transferə mane olmaq imkanı yoxdur. Çünki mövsümün sonunda Martines azad agent olacaq.

2018-ci ilin yanvarında “Real Sosyedad”dan gələn futbolçu “Atletik”lə mövcud müqaviləsinin müddətini uzatmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp