Yoahim Löv yenidən məşqçilik etmək istəyir. Almaniya millisinin sabiq çalışdırıcısı dünyanın aparıcı millilərindən birindən dəvət gələcəyi halda, qayıtmağa hazır olduğunu söyləyib.

Futbolinfo.az “Bild”ə istinadla xəbər verir ki, 2021-ci ildə 15 il çalışdığı Bundestimdən ayrıldıqdan sonra istirahət edən Lövün əsas arzusu Braziliya millisidir. Hazırda ölkənin U-20 millisinin baş məşqçisi vəzifəsində işləmiş Ramon Menezesin müvəqqəti çalışdırdığı komanda axtarışdadır. Cənubi amerikalılar bu posta əcnəbi məşqçi təyin etmək istəyir və Löv də namizədlərdən bri ola bilər.

Braziliya yığmasının son baş məşqçisi Tite olub. O, DÇ-2022-dəki uğursuzluqdan sonra istefa verib. Löv isə sözügedən Cənubi Amerika ölkəsində yaxşı xatırlanır. Onun rəhbərlik etdiyi Almaniya millisi DÇ-2014-də məhz bu ölkədə qalib gəlmişdi. Yoahimin yetirmələri Braziliya millisini yarımfinalda darmadağın etməsi ilə (7:1) də yadda qalmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp