“Düşünürəm ki, bu matç bizə müsbət impuls verdi” – bunu Avstriya yığmasının futbolçusu David Alaba evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.

Zədə səbəbindən matçda iştirak etməyən “Real”ın müdafiəçisi bildirib ki, komanda yoldaşlarını izləmək çox əyləncəli imiş: “Özümüzü meydanda məhz bu cür təsəvvür edirdik. Çalışdım ki, komandanı dəstəkləyim, onları ruhlandırım. Hesab 3:1 olduqdan sonra bunun bizi dəli etməsinə imkan vermədik, konsentrasiyanı itirmədik”.

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də səfərdə İsveçə, Avstriya isə evdə Estoniyaya qarşı keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp