“Trabzonspor”un yarımmüdafiəçisi Marek Hamşik mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb. Bu barədə 35 yaşlı oyunçu təşkil etdiyi mətbuat konfransında bildirib.

Futbolinfo.az xəbər verir ki, Slovakiya millisinin sabiq üzvü hamıya təşəkkür edib: “Mənə bu şansı verdikləri üçün oynadığım bütün klublara təşəkkür edirəm. Hər zaman yanımda olduqlarına görə ailəmə və yaxın dostlarıma təşəkkürümü bildirirəm. Bu, mənim üçün böyük bir səyahət idi, indi bu səyahətin sonuna yaxınlaşıram”.

Qeyd edək ki, Hamşik 2007-2022-ci illərdə Slovakiya millisində oynayıb. O, peşəkar karyerası ərzində “Slovan” (Bratislava), “Breşiya”, “Dalyan”, “Höteborq”da çıxış edib. “Napoli”də 12 il (2007-19) keçirən futbolçu 2021-ci ildən “Trabzonspor”un şərəfini qoruyur.

Xatırladaq ki, Türkiyə Superliqasında 2022/2023 mövsümünün sonuncu turu iyunun 6-da keçiriləcək.

Shares: