“Neftçi” yeni sponsorluq müqaviləsi imzalayıb. Futbolinfo.az saytı xəbər verir ki, “ağ-qaralar”ın forma sponsoru bundan sonra İtaliyanın məşhur brendi “Errera” olacaq.


Bu gün “Bakcell Arena”nın konfrans zalında tərəflər arasında münasibətlər rəsmiləşib. “Neftçi”nin prezidenti Kamran Quliyev və “Errera”nın ixrac sahəsi üzrə meneceri Karlo Stronati 2 illik sazişə qol çəkiblər.


Razılığa görə, “Errera” şirkəti “Neftçi”nin əsas, əvəzedici və akademiya komandalarını bütün geyim dəsti ilə təmin edəcək.


Qeyd edək ki, “Errera” şirkəti 1988-ci ildə yaradılıb və UEFA-nın partnyorlarından biridir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp