Azərbaycan klubları transfer bazarında fəaliyyətə qapıçı transferləri ilə başlayıb. Bu yay “çərçivə” ilə bağlı heç vaxt olmadığı qədər hərəkətlilik var. Sanki hamı məhz qapıçısından narazı imiş.

“Qarabağ” hələ bu baxımdan gözləmə mövqeyindədirsə, “Sabah” axtarışdadır. “Neftçi” isə tezliklə Emil Balayevin transferini açıqlayacaq. “Səbail”dən dünən rəsmən ayrılan qolkiper “Araz-Naxçıvan”a gedəcək Aqil Məmmədovu əvəzləməyə gəlir. İvan Brkiç isə yen müqavilə bağlamaqla onunla rəqabət aparacaq.

“Qəbələ” də qapını yeni futbolçuya tapşıracaq. Dünən Səlahət Ağayevlə yollarını rəsmən ayıran bölgə təmsilçisi “Sabah”dan Nicat Mehbalıyevin razılığını alıb.

Mehdi Cənnətovla bitən müqaviləni yeniləməyən “Zirə” axtarışdadır. Qəsəbə təmsiçisi çox güman, əcnəbiyə üstünlük verəcək.

“Turan Tovuz” son mövsümdə qapıçı səhvlərindən çox xallar itirsə də, heç kimi yola salmayacaq. Əvəzində “Sumqayıt”dan ayrılan Aydın Bayramovu heyətinə qatacaq.

Əksər futbolçularını itirən “Kəpəz” hər iki qapıçısı ilə vidalaşıb. Mario Nustapiç vətəninə yola salınıbsa, Orxan Sadıqlı “Sumqayıt”a keçib. Gəncəlilərin ilk işi onlara əvəzləyici tapmaq olacaq.

353661275 693907566081075 7728805310053329120 n - Futbolinfo.az

Artıq yuxarıda yazdıqlarımızdan sizə aydın oldu ki, “Sumqayıt” heyətinə iki qapıçı cəlb edib. Gedən Aydın Bayramovu Mehdi Cənnətovla Orxan Sadıqlı əvəzləyəcək. Emil Balayevi yola salıb Səlahət Ağayevi düşərgəyə çağıran “Səbail” isə daha birisini axtarır. Premyer Liqanı tərk edən “Şamaxı”nın kapitanı Rəşad Əzizli yəqin ki, tezliklə iminsə yadına düşəcək.

Shares: