“Böyük dəbilqə” seriyalı turnirlərində 18 dəfə çempion olan Martina Navratilova xərçəng xəstəliyindən sağaldığını elan edib.

“Həkimlərin tibbi müayinəsindən keçdikdən sonra onu deyə bilərəm ki, artıq tam sağlamam. Bütün tibbi personala təşəkkürümü bildirirəm. Bu, insan üçün böyük rahatlıqdır”, – deyə məşhur tennisçi sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, ABŞ-ni təmsil edən çexiyalı tennisçi süd vəzi xərçəngindən əziyyət çəkirdi. Bununla əlaqədar olaraq o, şüa terapiyası ilə müalicə edilirdi. Bundan başqa, 66 yaşlı Navratilovanın boğazında da xərçəng aşkar edilmişdi. 2022-ci ildə Navratilovanın limfa düyünləri şişmişdi.

Shares: