Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah”, “Neftçi” və “Qəbələ”nin rəqibləri müəyyənləşib.

Futbolinfo.az saytının məlumatına görə, “Qəbələ” bu raundda Kipr təmsilçisi “Omoniya” ilə qarşılaşacaq.

“Neftçi” I raunddakı “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün, “Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibinə rəqib olacaq.

Püşkə əsasən, “Neftçi” və “Sabah” ilk matçını səfərdə, “Qəbələ” evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Shares: