Türkiyəli baş məşqçi Sergen Yalçın “Neftçi” klubu ilə danışıqları yekunlaşdırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Beın Sports”un jurnalisti Gürler Akgün “Tvitter”də yazıb.
O, 50 yaşlı mütəxəssisin qərarını bildirmək üçün vaxt istədiyini vurğulayıb.
Qeyd edək ki, “Neftçi” bu gün rumıniyalı baş məşqçi Laurentsiu Regekampfla yollarını ayırıb.