Ukraynalı idmançıların rusiyalılarla yarışmasına icazə verilib. Ukraynanın Gənclər və İdman Nazirliyi idmançıların neytral statusda çıxış edən Rusiya və Belarus atletləri ilə beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı aradan qaldırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə nazirliyin əmrində deyilir.

Yeni fərman Ukrayna milli komandalarının, yalnız rusların və belarusların öz bayraqları altında çıxış etdikləri, ictimai hərəkətləri və ya bəyanatları ilə milli kimliklərini ifadə etdikləri turnirlərdə iştirakını qadağan edir.

Shares: