Kiprin “Aris” klubunun məşqçiləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində bu gün keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) oyununu izləmək üçün Bakıya gəliblər.

Futbolinfo.az xəbər verir ki, bu barədə Limassol təmsilçisinin mətbuat xidmətinin rəhbəri Kostas Papadopulos yerli mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, baş məşqçi Aleksey Şpilevskinin köməkçiləri potensial rəqiblərin görüşünü canlı izləyərək, qeydlərini aparacaqlar.

Bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmaya saat 20:00-da start veriləcək. “Qarabağ” – “Rakuv” cütünün qalibi 3-cü təsnifat mərhələsində “Aris”ə rəqib olacaq.

Shares: