Leonardo Bonuççiyə sürpriz müştəri peyda olub. “Yuventus”dan ayrılan İtaliya millisinin üzvü Almaniyada oynaya bilər.

Futbolinfo.az xəbər verir ki, “Union” mərkəz müdafiəçisini heyətinə qatmaq üçün hərəkətə keçib. Berlinlilər azad agent olan təcrübəli oyunçuya təklif göndərib.

MLS klublarından da dəvəti olan Bonuççi Avropada qalmaq, Çempionlar Liqasında oynamaq istəyir. Bu səbəbdən Bundesliqa təmsilçisinin dəvəti onun istəklərinə uyğundur. Amma danışıqlar hələ yeni başlayıb, şəxsi müqavilənin detalları önəmlidir.

Bütün karyerasını A Seriyasında, əsasən də “Yuventus”da keçirən Leonardo futbolçu həyatına yekun vurmağı da ciddi şəkildə düşünür. 36 yaşlı oyunçu yüksək səviyyədə oynaya bilməyəcəyini fikirləşərək hansısa kluba getməyə ciddi maraq göstərmir.

Shares: