Torontoda (Kanada) keçirilən, mükafat fondu 6,6 milyon dollar olan “Masters” seriyalı tennis turnirinin finalında italiyalı Yannik Sinner avstraliyalı Aleks De Minaura qalib gəlib – 6:4, 6:1. Qarşılaşma 1 saat 30 dəqiqə davam edib.
Futbolinfo.az xəbər verir ki, dünyanın 8-ci raketkasi Sinner oyunda 5 eys, 3 ikili səhv edib və 10 breykin 5-dən istifadə edib.
21 yaşlı Sinner karyerasında ilk dəfə ATP-1000 turnirinin qalibi olub. Əvvəllər o, iki dəfə finalda – 2021-ci il Mayamidə Hubert Hurkaça (6:7 (4:7), 4:6) və bu il yenə də eyni şəhərdə Daniil Medvedevə (5:7, 3:6) məğlub olmuşdu.