AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşmasında “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə edilib.
“Neftçi” – “Səbail” oyununda “Səbail” 2-ci hissəyə gec çıxdığına görə 1500 manat cərimə edilib. “Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat cərimə edilib. “Səbail”in baş məşqçisinin köməkçisi Elmir Xankişiyev meydançaya kənar əşya atdığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub. “Neftçi”nin baş məşqçisi Adrian Mutu “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə klubu 500 manat cərimə edilib.
İK Əvəzedicilər Liqasının 2-ci turunun oyunları ilə də bağlı qərarlarını açıqlayıb:
“Zirə-2” – “Kəpəz-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Zirə” komandası 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Sabah-2” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Sumqayıt-2” komandası 100 manat cərimə edilib.