Adı bir neçə Avropa klubu ilə yanaşı çəkilən Qabri Veyqa gözlənilməz qərar verib. “Real”ın gündəmində olan gənc ispan Səudiyyə Ərəbistanına yollanır.

Futbolinfo.az xəbər verir ki, “Əl Əhli”nin təklif etdiyi böyük pullar onun seçimində əsas rol oynayıb. Həm klubu “Selta”, həm də oyunçu özü ərəblərlə razılıq əldə edib. Transfer tezliklə açıqlanacaq və detalları bəlli olacaq.

21 yaşlı mərkəz yarımmüdafiəçisi Viqo klubunun yetirməsidir. O, ötən mövsüm əsas komandada debüt edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp