Xoakin Korrea seçimini etdi. “İnter”in argentinalı hücumçusu Fransada oynayacaq.

Futbolinfo.az xəbər verir ki, “Betis”lə danıışıqlar müsbət nəticə verməyincə yeni təkliflərə açıq olduğunu bəyan edən Xoakinin istəyinə reaksiya verən tapılıb. Marsel “Olimpik”i milanlıların qapısını döyüb və qısa zamanda anlaşma əldə edilib.

“İnter” oyunçusunu 2 milyon qarşılığında birillik icarəyə verəcək. “Olimpik” yeni mövsümdə Çempionlar Liqasında oynamaq hüququ əldə edə bilsə, 10 milyon avro ödəyib futbolçunu daimi əsaslarla heətinə qatacaq.

Xatırladaq ki, “İnter” Korreanı ötən il “Latsio”dan 27 milyon avroya transfer etmişdi. 29 yaşlı forvardın müqavilə müddəti 2025-ci ilin yayında başa çatacaq.

Shares: