“Qalatasaray”ın sabiq futbolçusu Yesse Sekidikanın karyerasını Azərbaycanda davam etdirəcəyi dəqiqləşib.

Futbolinfo.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu “Sabah”la anlaşıb.

Avqustun son günündə “Eyüpspor”la müqavilə müddəti başa çatan nigeriyalı hazırda azad agent statusu daşıyır. Bundan yararlanan “Sabah” onunla müqavilənin şərtlərini razılaşdırmağı bacarıb. Sekidika tezliklə bakılılarla münasibətləri rəsmiləşdirəcək.

Maraqlıdır ki, forvard 2019-cu ilin əvvəlində “Neftçi”nin Antalyadakı təlim-məşq toplanışına qoşulmuşdu. “Ağ-qaralar”ın həmin vaxtkı baş məşqçisi Roberto Bordin onun hazırlıq durumundan razı qalmadığından, rəhbərlik müqavilədən imtina etmişdi.

Qeyd edək ki, 2020-ci ildə “Qalatasaray”la anlaşan Sekidika iki il müxtəlif klublarda icarə əsasında çıxış edib.

Shares: