“Chip Ganassi” komandasının sürücüsü Skot Dikson “İndikar”  mövsümünün son yarışında, “Laguna Seca” trassında qələbəni bayram edib.

Mühərrik dəyişikliyinə görə cəza almasına baxmayaraq, Dikson uğur əldə edə bilib. Yarışa 11-ci sıradan start verən pilota pit-leyndən keçmə cəzası da mane olmayıb. Qələbə altıqat çempion üçün mövsümdə üçüncü, karyerasında isə 56-cı olub.

“Penske” komandasının sürücüsü Skot Makloflin ikinci, mövsümün çempionu və Diksonun komanda yoldaşı Aleks Palou üçüncü olub.

Çempionatın yekunlarına görə Palou mövsümü 656 xalla başa vurub, vitse-çempion Dikson 578, Makloflin 488 xalla başa vurub. “Arrow McLaren” komandasının sürücüsü Pato O’Vard 484, “Penske”nin üzvü Jozef Nyuqarden 479, “Chp Ganassi” komandasının pilotu Markus Eriksson 438 xal toplayıb. İlin debütantı nominasiyasının qalibi Markus Armstronq olub.

İstehsalçılar çempionatında “Şevrole” “Honda”nı cəmi 12 xal qabaqlamağı bacarıb.

Shares: