İngiltərə yığması dünən yoldaşlıq görüşündə Şotlandiya millisini məğlub edib. 3:1 hesabı ilə başa çatan oyunda qolları Kayl Uolker, Cud Bellingem və Harri Keyn vurub. Harri Maquayr topu öz qapısına göndərməklə şotlandların təsəllisinə səbəbkar olub.

İngiltərə yığması 600 qələbə ilə rekorda imza atıb. Bu, Avropa milli komandaları arasında rekord göstəricidir.

İngiltərə AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu oktyabrın 17-də İtaliya yığmasına qarşı keçirəcək. Bu görüş AVRO-2020 finalının təkrarı olacaq. Həmin dövrdə oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatmışdı, penaltilər seriyasında italyanlar daha dəqiq olmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp