Qaret Sautqeyt Harri Maquayrın müdafiəsinə qalxıb. İngiltərə mllisinin baş məşqçisi mərkəz müdafiəçisinin bu qədər tənqidə layiq olmadığını bildirib.

Futbolinfo.az xəbər verir ki, dünən Şotlandiya yığması ilə yoldaşlıq oyununda topu öz qapısına göndərən Maquayr tənqidlərə səbəb olub. Məşqçisi isə onun bu qədər təzyiq altında oynamasını doğru saymır: “Uzun müddətdir ona ağılagəlməz təzyiq göstərilir. Bu, artıq zarafat halını aıb, insanlar onu ələ salır. Lakin belə olmaz, Harri bizim dəyərli oyunçularımızdandır. Mütəxəssislərin də onu bu şəkildə qınamasına inanmaq istəmirəm. İndiyə qədər belə təzyiq görməmişəm və doğru olduğunu düşünmürəm”.

Xatırladaq ki, ingilislər oyunu 3:1 hesabı ilə qalib başa vurub. Rəqibi sevindirən Maquayr isə bu il 3-cü dəfə avtoqola imza atıb. O, digər iki halda “Mançester Yunayted”in heyətində qapıları səhv salıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp