Cənubi Amerikada milli komandalar DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını keçiriblər. Favoritlərin qalib gəldiyi gündə 5 matç oynanılıb.

Futbolinfo.az xəbər verir ki, Argentina Boliviyanı üç cavabsız qolla üstələyib. Meydan sahiblərinin erkən azlıqda qaldığı görüşdə dünya çempionlarından Entso Fernandes, Nikolas Talyafiko və Nikolas Qonsales fərqlənib.

Braziliya isə Perunu çətinliklə yenib. “Sambaçılar” meydan sahiblərinin müqavimətini yalnız son dəqiqədə qıra bilib. Neymarın künc zərbəsindən ötürməsini dəqiq tamamlayan Markinyos komandasına qələbə gətirib.

Ekvador – Uruqvay matçında meydan sahibləri əzmkar qələbə qazanıb – 2:1. Venesuella evdə Paraqvayı tək qolla məğlub edibsə, Çili – Klolumbiya görüşündə hesab açılmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp