“Azərbaycandakı şərait bizim kimi texnikalı komandanın oyununu çox çətinləşdirdi”. Bunu Belçika yığmasının yarımmüdafiəçisi Leandro Trossard millimizə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələsinin matçı barədə danışarkən deyib.

29 yaşlı futbolçu Estoniyaya 5 cavabsız qolla qalib gəldikləri dünənki matçı xüsusi vurğulayıb: “Biz göstərdik ki, yaxşı meydanda futbol oynaya və çox qol vura bilərik. Qələbələr sayəsində final mərhələsinə daha da yaxınlaşdıq”.

“Arsenal”ın üzvü baş məşqçiləri Domeniko Tedesko haqqında da danışıb: “Mən onun etimadını hiss edirəm. Tedesko Azərbaycana qarşı yaxşı çıxış etdiyimi söylədi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp