Olavio Juninyo artıq Azərbaycana öyrəşib. “Qarabağ”ın yeni hücumçusu buna braziliyalılar sayəsində nail olub.

Cənubi amerikalı futbolinfo.az saytına açıqlamasında ağdamlıların sabiq futbolçusu Kadi Borgesin də ona çox kömək etdiyini bildirib: “Azərbaycan gəlməmişdən qabaq bir neçə braziliyalı ilə danışdım. Baxmayaraq ki, indi burada çıxış etmir, amma Kadi ilə müzakirələr aparmışdım, ondan bir çox şey soruşmuşdum. Onunla hər şeyi danışdım. Kadi komanda haqqında, Azərbaycan və Bakı haqqında xoş sözlər dedi. Bu da qərarıma təsir etdi”.

Juninyo Bakıya gəldikdən sonra eşitdiklərini reallıqda görüb. İndi də ona Riçard Almeyda yardım edir: “Riçard Almeydanın da mənə köməyini xüsusi qeyd edərdim, adaptasiya prosesimə yardımçı oldu. Belə deyək ki, özümü qərib hiss etməmək üçün həm özü, həm ailəsi mənə də, ailəmə də dəstək oldu”.

Shares: